"Alibaba"nın sahibi ötən gün 2,8 mlrd. dollar qazanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Alibaba"nın sahibi ötən gün 2,8 mlrd. dollar qazanıb

"Alibaba Group Holding"in səhmləri ötən gün 13% bahalaşıb. 

Banco.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, buna səbəb şirkətin gəlirinin kəskin artacağı ilə bağlı verilmiş proqnozlar olub. 

Son nəticədə "Alibaba"nın bazar dəyəri 42 mlrd. ABŞ dollarına çatıb, onun sahibi Cek Manın varidatı isə 2,8 mlrd. dollar artıb. İlin əvvəli ilə müqayisədə isə artım 8,5 mlrd. dollardır. 

"Bloomberg" agentliyi Cek Manın dünyanın ən zəngin 14-cü adamı olduğunu bildirir. Qeyd edək ki, "Alibaba" Çinin elektron ticarət bazarında 80% paya malikdir. Onun ən məşhur platforması "Taobao" adlanır.