Müəllif:Ayşən İmanova/Banco.az
“Alibaba Group Holding”, ölkənin inkişaf edən onlayn pərakəndə satış sektorunda rəqabət üstünlüyünü artırmaq üçün Cənubi Koreyadakı əməliyyatlarını e-ticarət platforması “E-Mart” ilə birləşdirmək qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, “AliExpress International” və “Gmarket” bərabər iştirak payı ilə dəyəri təxminən 4 milyard dollar təşkil edəcək birgə müəssisə yaradacaqlar.
Məlumata görə, şirkətlər “Gmarket”in 100 faizinə sahib olacaq bu birgə müəssisəyə əlavə vəsait yatırmağı planlaşdırırlar.
Qeyd edək ki, “E-Mart” səhmləri cümə axşamı Seul ticarətində 5,5% artıb, şirkətin kapitallaşması təxminən 1,4 milyard dollar qiymətləndirilir. “Alibaba”nın Honq-Konqdakı səhmlərinin qiyməti isə ilin əvvəlindən 11% artıb, onlayn nəhəngin bazar dəyəri 200 milyard dolları ötüb.