“Alibaba” qlobal bazarlarda mövcudluğunu genişləndirir | Banco.az

“Alibaba” qlobal bazarlarda mövcudluğunu genişləndirir

Müəllif:Ayşən İmanova/banco.az

Çinin “Alibaba” şirkəti ABŞ və Avropa ölkələrində kiçik müəssisələrinin cəlb edilməsinə yönəlmiş yeni xidmətləri təqdim etməklə, qlobal bazarda iştirakını genişləndirir.

Banco.az xəbər verir ki, “Alibaba.com” tədarük, ödənişlər və mübahisələrin həlli sahəsində şəffaflığın artırılmasına imkan verəcək “Alibaba Guaranteed” adlı xidmətə start verildiyini elan edib.

Bildirilib ki, şirkətin yeni xidməti müştərilərə malların göndərilmə tarixləri və pulsuz geri qaytarılma imkanları haqqında daha dəqiq məlumat vermək məqsədi daşıyır.

Şirkətin prezidenti Kuo Çjan qeyd edir ki, belə bir xidmətin göstərilməsi mövcud qlobal tendensiyalara uyğundur. 

Onun sözlərinə görə, son beş ildə "Alibaba.com" alıcılarının sayı ən azı üç dəfə artıb və onlayn ticarətin pul ifadəsində ümumi həcmi təxminən 50 milyard dollara çatıb. Elektrikli avtomobillərin populyarlığının artması, şirkət platformasında satılan avtomobil hissələrinə tələbatın artmasına səbəb olub.

Analitikin qeyd edir ki, yeni xidmətə bundan sonra süni intellektin tətbiqi Çin şirkətinə Avropadakı müştəri bazasını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram