"Alibaba" mütləq qanunvericilikdəki boşluqdan istifadə edəcək | Banco.az

"Alibaba" mütləq qanunvericilikdəki boşluqdan istifadə edəcək

ABŞ-ın iri ticarət şəbəkələri Çinin "Alibaba Group Holding Inc." şirkətinin Amerikanın onlayn-kommersiya bazarına girişindən əndişə keçirirlər.

Riteylerlər hesab edirlər ki, qanunvericilikdəki boşluqlar çinlilərə satışdan vergi verməkdən qaçmağa imkan yaradır və bu, "Alibaba"ya yerli riteylerlərlə rəqabətdə üstünlük yaradır.     

"Alibaba"nın Amerikaya ekspansiyasına qarşı daha aktiv şəkildə "Allianxe for Main Street Fairness" çıxış edir.     

"Fairness" assosiasiyasına Amerikanın "Best Buy", "Target", "JC Penney" və s. bu kimi iri ticarət şəbəkələri daxildir.    

 Qurum ABŞ Konqresinə açıq məktubla müraciət edərək onlayn-riteylerlər üçün vergi güzəştləri tətbiq edən qanunvericiliyi təkmilləşdirməyə çağırıblar.    

"Alibaba amerikalı istifadəçiləri üçün servis açana kimi qanunvericiliyə yenidən baxılması vacibdir", - deyə assosiasiyanın çağırışında deyilir.     

Ticarət şəbəkələri eyni çağırışla ABŞ Ali Məhkəməsinə də müraciət ediblər. Onlar məhkəmənin 1992-ci ildə "Quill Corp. Şimali Dakota ştatına qarşı" adlı işlə bağlı çıxardığı qərara yenidən baxılmasını tələb edirlər. Məhkəmə o vaxt belə qərar çıxarmışdı ki, ştat hakimiyyəti satışdan o zaman vergi tuta bilər ki, satıcı şirkət alıcının yaşadığı ştatda yerləşsin. Bununla da, distansiyalı ticarət avtomatik olaraq satışdan vergi tutulmasından azad edilmişdi. 22 il əvvəl kimsə onlayn-ticarətin parakəndə bazara təsiri faktorunu nəzərə almamışdı. Hazırda "Alibaba" və digər internet-riteylerlər üçün qanunvericilikdəki bu boşluqdan istifadə imkanı var. Yəni, onlar vergi vermədən satışla məşğul ola bilərlər.    

Ən sərfəli kredit üçün müraciət et

 "Biz hesab edirik ki, Alibaba mütləq qanunvericilikdəki boşluqdan istifadə edəcək", - deyə "Alliance for Main Street Fairness"in təmsilçisi Coşua Bak bildirib.     

"Alibaba" isə amerikan riteylerlərinin ünvanına səsləndirdikləri ittihamları rədd edir. "Alibaba Group biznes qurduğu ölkələrdə o ölkələrin qanunvericiliyinə uyğun vergi ödəyir və burada ABŞ istisna deyil", - deyə şirktəin təmsilçisi bildirib.    

 Hazırda Çin şirkəti Amerika bazarında iştirakını genişləndirməyə çalışır. Bu ilin yayında "Alibaba" Amerika bazarı üçün xüsusi onlayn-servisini - "11 Main"ı (aksessuar və bijuteriya satışı üzrə ixtisaslaşıb) işə salıb. Ekspertlər hesab edirlər ki, "11 Main" vasitəsilə "Alibaba" Amerika bazarını öyrənir və tezliklə şirkətin sahibi Cek Ma amerikan istehlakçıları üçün tammiqyaslı servisini (Taobao) işə salacaq.     

"Allianxe for Main Street Fairness" hesab edir ki, qanunvericilikdəki boşluqlar aradan qaldırılmasa, "Alibaba" amerikalı rəqiblərini məhv edə bilər.     "Alibaba"nın servisləri Amerikada hələlik çox populyar olmasa da, "Amazon" və "eBay"dan daha çox sifariş qəbul edir.

Ekspertlərə görə, Cek Manın şirkəti amerikan bazarına sərt şəkildə bir neçə cəbhədən girəcək və "Amazon", "eBay" və "PayPal" "Alibaba" ilə ciddi rəqabət apara bilməyəcək.