"Alibaba" daha 75 milyon səhmini kütləvi tədavülə buraxacaq | Banco.az

"Alibaba" daha 75 milyon səhmini kütləvi tədavülə buraxacaq

Çinin elektron ticarət nəhəngi "Alibaba" şirkəti daha 75 milyon səhmini tədavülə buraxacaq. 

Məlumata görə, emitent həmin səhmlərin 12,5 milyonunu pərakəndə investorlara satmaq istəyir. Bununla belə, tələbatdan aslı olaraq bu rəqəm 50 milyona qədər arta bilər.

"Alibaba" pərakəndə investorlar üçün qiymətin 188 Honq Konq dollarından (24 ABŞ dolları) o yana keçməyəcəyini, institusional investorlar üçün qiymətin sabah açıqlayacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətli kağızların yerləşdirilməsində noyabrın 26-dan Honq Konq birjasında başlanılacaq. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et