"Ali təhsil sistemində islahatlar aparılacaq" | Banco.az

"Ali təhsil sistemində islahatlar aparılacaq"

"Ali təhsil sistemi biz istəsək də, istəməsək də dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır".

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı deyib.

O bildirib ki, ali təhsil sistemində konservativ və klassik yanaşmalardan bəzi hallarda uzaqlaşmaq lazımdır.

"Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər" - deyə o qeyd edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et