Müasir həyatı plastik kartların, xüsusilə debet kartların yaratdığı üstünlüklərsiz təsəvvür etmək bir qədər çətindir. Belə kartlar vasitəsilə, şəxsi vəsaitimizdən rahat, etibarlı şəkildə istifadə etməklə yanaşı, eyni zamanda vəsaitimizə əlavə faizlər də qazandıra bilərik.
Debet kart əldə etmək istəyən istifadəçilərimiz üçün, Banco.az bugün bank sektorunda kifayət qədər müraciət olunan iki kartın müqayisəsini verəcək. Kartlardan biri artıq uzun müddətdir ki, sahiblərinin məmnunluğunu qazanmış Rabitəbankın debet kartı – KartMane, digəri isə Unibank tərəfindən bu yaxınlarda təqdim olunmuş AlbalıPlus debet kartıdır.
Oxşar cəhətləri
Hər iki kartdan dünyanın istənilən yerində pos-terminal olan mağazada və ya onlayn şəkildə daha rahat və daha təhlükəssiz ödəniş etmək mümkündür. Kartı əldə etmək üçün yalnız şəxsiyyət vəsiqəsilə bankın hər hansı bir filialına yaxınlaşmaq kifayətdir.
Kart sahibləri kartdan şəxsi vəsaitini Hər iki bankın bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilər, yəni debet kartı üzrə nağdlaşdırma komissiyası 0 % təşkil edir.
Hər iki kart istifadəçilərinə geniş depozit imkanları təqdim edir. Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz.
Fərqli cəhətləri:
AlbalıPlus debet kartına Unibank filialına müraciət etmədən də sahib olmaq mümkündür. Bunun üçün, sadəcə bankın saytında onlayn sifariş formasını doldura bilərsiniz.
Albalı Plus debet kartında AZN valyutasında vəsait saxlayan müştərilər reytinqindən asılı olaraq, illik 6%-dək gəlir əldə edəcəklər. Əgər sizin bankda kredit tarixçəniz olubsa, onda fazilər daha yüksək olur. Təbii ki, söhbət yaxşı tarixçədən gedir. Bank kredit borcunu vaxtında ödəyən müştərilərinə debet kartının faiz dərəcələrində güzəşt edir. Burada kreditin məbləği heç bir rol oynamır. Yəni, kredit borcunu gecikdirmədən ödəyən müştərilər, Albalı Plus debet kartını əldə edərəkən 4%-6% gəlir əldə edə bilirlər. Kartı əldə etmək üçün tələb olunann məbləğ 10 AZN-dir.
Əlavə olaraq onu qeyd edək ki, bankda kredit tarixçəsi olmayan müştərilər üçün depozit faizi 2-yə bərabər olur. Kart yeni yarandığından yaxın zamanda, daha geniş və sərfəli xüsusiyyətlər və təkliflərin əlavə olunacağı gözlənilir.
Beynəlxalq statusa malik olan Albalı Plus debet kartını həm Visa həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.
RabitəBankın təklif etdiyi KartManeni isə bankın bütün filiallarından pulsuz əldə edə bilərsiniz. Minimal məbləğ kimi karta 100 AZN/USD daxil etməlisiniz. Daha sonra isə kart qalığınızı istədiyiniz vaxt və istədiyiniz məbləğdə artıra bilərsiniz.
Kartdan-karta xidmətindən (Card-to-Card) istifadə etməklə hesabınızı 7 gün 24 saat ərzində banka gəlmədən Rabitəbankın və ya digər bankların bankomatlarından, eləcə də İnternet Bankçılıq xidmətinə qoşulmaqla İnternet vasitəsilə həyata keçirə bilərsiniz
Hesaba mədaxil (nəğd mədaxil istisna olmaqla) üzrə komissiya 1%, minimal məbləğ 1 AZN.
Hesabda qalıq 100 AZN/USD-dən az olarsa faiz hesablanmır.
Faizlər əsas məbləğin üzərinə gündəlik əlavə olunur. Ay üzrə hesablanmış faizlərə görə də faizlər növbəti aydan etibarən aylıq olaraq hesablanır. Siz kartınızı bankomata daxil etməklə və ya bankımızın Avtomatik Elektron çıxarışlar xidmətindən istifadə etməklə aylıq, həftəlik, hətta gündəlik çıxarışlar əldə edə bilərsiniz. Bununla faizləriniz daim Sizin nəzarətiniz altında olacaq
Pulunuz kart rahatlığı ilə daim yanınızda olduğu üçün pula ehtiyac yaranarsa Siz hər zaman topladığınız pulu yığım kartınızdan heç bir komisyon haqqı tutulmadan hesablanmış faizlərlə birlikdə çıxara bilərsiniz və ya digər kartlarda olduğu kimi dünyanın istənilən ölkəsində ödənişlər zamanı istifadə edə bilərsiniz
Siz istədiyiniz vaxt Kartmane kartınıza bağlı öz adınıza və ya 3-cü şəxslərin adına əlavə kart ala bilərsiniz. Əlavə kartınızla yığım kartınızın qalığında olan vəsaitdən istifadə edərkən kart tariflərinə uyğun komisyon haqqı tutulur
Pul yığmaq üçün hesabınızı Azərbaycan manatı və ya ABŞ dollarında aça bilərsiniz
Siz bu xidmətə qoşulmaqla bir və ya iki il müddətinə Visa Electron və ya MasterCard Maestro kartını tamamilə pulsuz əldə edirsiniz