"Hesab edirəm ki, bu həm Azərbaycan, həm də Britaniya üçün böyük bir xəbərdir".
Bunu Bakıda jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib. Britaniyalı nazir imzalanma mərasimindən danışarkən deyib ki, layihə Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcək.
"Əvvəl "Əsrin Müqaviləsi" var idi, amma indi Yeni Əsrin Müqaviləsi var. Eyni zamanada bu müqavilə Britaniya-Azərbaycan əlaqələrinin hansı səviyyədə olduğunu göstərir. Fəxr edirəm ki, BP ilə SOCAR arasında bu müqavilə imzalanıb", - deyə nazir qeyd edib.
Mənbə: Report.az