Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) arxiv otağı üçün dəmir dolabların alınması ilə bağlı tender elan edib.
Banco.az AİF-in satınalma komissiyasına istinadən məlumat verir ki, satınalma üzrə sənədlər oktyabrın 16-dək, təklif zərfləri isə oktyabrın 30-dək qəbul ediləcək.
Məsələ üzrə zərflərin noyabrın 2-də AİF-in Bakı şəhəri, Bül-bül pr-ti,40 ünvanında yerləşən inzibati binasında saat 15:00-da açılacağı deyilir.