AİF-in saytı ASALA-nın hücumuna məruz qalıb | Banco.az

AİF-in saytı ASALA-nın hücumuna məruz qalıb

Azərbaycan İpoteka Fondunun rəsmi internet səhifəsinə haker hücumunun nəticələri aradan qaldırılıb.

Qeyd edək ki, bu gün fondun internet səhifəsinin fəaliyyət tarixində ilk dəfə olaraq sayta ciddi haker hücumu olub. Səhər saatlarında erməni terror təşkilatı "ASALA" tərəfindən hücum edilən http://www.amf.az saytına daxil olmaq mümkün olmayıb. 

Sayt artıq fəaliyyətini tam bərpa edib.

ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır.

"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Təşkilat 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separat Fələstin dəstələrinin yardımı ilə yaradılıb. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır.

Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir"

Ən sərfəli krediti almaq üçün müraciət et