Banco.az xəbər verir ki, bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5 000 000 manat təşkil edib.
Sifariş 100,1333 % qiymətdə təqdim edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilib.
İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.