AİF-ə iki bank da qoşuldu | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AİF-ə iki bank da qoşuldu

“Caspian Development Bank” (CDB) və “Azər-Türk Bank” Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları olublar. Bu barədə fondun saytında dərc edilmiş məlumatda qeyd olunur.

Beləliklə, AİF-in agent banklarının sayı 30-a çatıb.

AİF-in vəsaitlərindən ipoteka kreditləri almaq istəyən Azərbaycan vətəndaşları indi CDB və “Azər-Türk Bank”a müraciət edə bilərlər.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal həcmi 50 min manat təşkil edir. Kredit illik 4%-dən çox olmayan dərəcə ilə verilir.