AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin fəaliyyət müddəti başa çatıb | Banco.az

AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin fəaliyyət müddəti başa çatıb

Azərbaycanın maliyyə naziri, Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə rəhbəri Samir Şərifov AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyononu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Banco.az "Report"a istinadən xəbər verir ki, nazir son illərdə Azərbaycan ilə ADB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. S.Şərifov O.Noroyononun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanla ADB arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini qeyd edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanın davamlı iqtisadi inkişafını qeyd edən O.Noroyono etibarlı tərəfdaşlar kimi ADB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, bu il Azərbaycanın ADB Direktorlar Şurasının 48-ci illik toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq bu toplantının hələ uzun illər xatırlanacağını qeyd edib.