AİB Bakıda dünya bankları ilə ilk iri saziş imzaladı | Banco.az

AİB Bakıda dünya bankları ilə ilk iri saziş imzaladı

Asiya İnkişaf Bankı (AİB) tarixdə ilk dəfə olaraq dünya bankları ilə dövlət-özəl tərəfdaşlığı üzrə məsləhətçi sazişi imzaladı. Saziş Bakıda keçirilən AİB Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində imzalanıb. Bunu brifinqdə AİB-in dövlət-özəl tərəfdaşlığı ofisinin rəhbəri Ryuiçi Kaqa deyib.

Onun sözlərinə görə, çoxtərəfli inkişaf bankları və beynəlxalq kommersiya bankları arasında birgə məsləhətçi əsas olan bu saziş Yaponiya, Kanada və Avstraliya bankları tərəfindən imzalanıb. Onların sırasında "Bank of Tokyo-Mitsubishi UFJ", "BNP Paribas", "Credit Agricole CIB", HSBC, "Mizuho Bank", "Macquarie Capital", "Societe Generale" və "Sumitomo Mitsui Banking Corporation" var.

Ən sərfəli kredit üçün müraciət et

R.Kaqa bildirib ki, Asiyanın infrastruktura olan böyük tələbatı nəzərə alınmaqla Asiya-Sakit okean regionu ölkələrinin hökumətlərinə infrastruktur layihələri üzrə maliyyələşdirmə və işlərin səmərəliliyinin artırılması üçün daha çox imkan lazımdır.

Sazişin dəyəri 64 milyon dollardır, bunun 40 milyon dolları Yaponiya tərəfindən təqdim edilib.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et