AİB Azərbaycan manatı ilə istiqraz buraxıb | Banco.az

AİB Azərbaycan manatı ilə istiqraz buraxıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan manatı ilə ikinci istiqrazının buraxılışı vasitəsilə 14,5 milyon manat (təxminən 8,5 milyon ABŞ dolları) cəlb edib.

Banco.az bu barədə AİB-ə istinadən xəbər verir.

Məlumata görə, bu, AİB-in bu il inkişaf etməkdə olan üzv ölkənin yerli valyutasında buraxdığı beşinci gender istiqrazıdır və AİB-in investorları öz borclanma proqramına cəlb etmək strategiyasını əks etdirir.

İqtiqrazların tədavül müddəti 3 ildir. İstiqraz Azərbaycan manatı ilə, lakin ABŞ dolları ilə hesablanır ki, bu da beynəlxalq investorları cəlb etməyi asanlaşdırır.

İstiqrazların illik gəlirliliyi 6,25%-dir, kupon ödənişləri isə yarımildə bir dəfədir. İstiqrazlar Lüksemburq Fond Birjasında yerləşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli və davamlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. Maliyyə təşkilatı 1966-cı ildə yaradılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et