Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ təmiz enerjiyə tətbiq olunan vergiləri azaltmağı planlaşdırır.
Banco.az xəbər verir ki, “Avropa Komissiyası”nın hazırladığı və “Bloomberg News”un əldə etdiyi sənəd layihəsinə əsasən, qurum gələn ay ağıllı sayğaclardan istifadəyə dair hədəfləri və təmiz enerjinin təşviqinə yönəlmiş vergi dəyişikliklərini nəzərdə tutan yeni tənzimləmə paketi təqdim etməyi planlaşdırır.
İttifaqın icra orqanı sənəddə qeyd edib ki, “təklif artan enerji xərcləri ilə bağlı narahatlıqları aradan qaldırmağı hədəfləyir. Çünki bu xərclər yalnız yüksək və dəyişkən qiymətlərdən deyil, eyni zamanda sistem xərclərinin artmasından da qaynaqlanır”.
Plan Avropa İttifaqının neft və təbii qazdan yerli və bərpa olunan enerji mənbələrinə keçid strategiyasını əks etdirir. Region külək və günəş enerjisi kimi mənbələrdən istifadəsini artırsa da, enerji istehlakının hələ də 57 faizi idxal olunan fosil yanacaqların payına düşür.
Avropa Komissiyasının hesablamalarına görə, İran münaqişəsinin yaratdığı qiymət artımları Avropanın enerji idxalı xərclərini gündəlik 500 milyon avro artırır.
Bizi sosial şəbəkələrdən izləyin!!
