Aİ təbii qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı yenidən görüşəcək | Banco.az

Aİ təbii qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı yenidən görüşəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) üzvləri cümə axşamı təbii qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı yenidən bir araya gələcəklər.

Banco.az xəbər verir ki, Aİ-nin 27 üzv dövlətinin energetika nazirləri cümə axşamı yuxarı qiymət həddi və bu həddin meyarını müzakirə edəcəklər.

Xatırladaq ki, təbii qaza yuxarı qiymət həddinin tətbiqi aylardır Avropa İttifaqı (Aİ) ölkələri arasında fikir ayrılığına səbəb olub və hələ ki, bu məsələ ilə bağlı konsensus əldə olunmayıb.

Yuxarı qiymət həddini dəstəkləyən diplomatlardan biri qeyd edib ki, əksəriyyət ildə bir neçə dəfə tətbiq olunacaq bu həddin 150-180 avro/MWH diapazonunda qərarlaşadırılacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et