Aİ süni intellektlə bağlı qaydalar tətbiq etməyə hazırlaşır | Banco.az

Aİ süni intellektlə bağlı qaydalar tətbiq etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (AB) süni intellekt texnologiyalarına ciddi qaydalar tətbiq edəcək qanunun əhatə dairəsini müəyyənləşdirməyə çalışır.

Banco.az xəbər verir ki, süni intellektin istehsal, səhiyyə, maliyyə, təhsil, nəqliyyat və təhlükəsizlik kimi müxtəlif sahələrdə geniş şəkildə istifadəsi bu texnologiya üçün qaydaların dəqiq müəyyən edilməsini zəruri edir.

Aİ-nin hələ ChatGPT və ya oxşar süni intellekt sistemləri ilə bağlı tənzimləməsi olmasa da, iki il əvvəl Avropa Komissiyası süni intellektlə bağlı yeni qaydalar çərçivəsini özündə əks etdirən ilk qanunvericilik təklifini hazırlayaraq üzv dövlətlərə və Avropa Parlamentinə (AP) təqdim etmişdi.

Bu təklif süni intellekt sistemlərinin istifadəsində bəzi məhdudiyyətlər və şəffaflıq qaydalarını ehtiva edirdi. Təklif qanuna çevrilərsə, ChatGPT kimi süni intellekt sistemləri də bu qaydalara uyğun istifadə edilməli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən təklif süni intellekt qanununu pozanlar üçün 30 milyon avroya qədər və ya qlobal mənfəətinin 6 faizi qədər cərimələri də əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et