Aİ şirkət məlumatlarına çıxışı asanlaşdıracaq | Banco.az

Aİ şirkət məlumatlarına çıxışı asanlaşdıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) şirkətlər və onların investisiya məhsulları üzrə maliyyə və davamlılıq məlumatlarına çıxış üçün vahid mərkəz yaratmağa hazırlaşır.

Banco.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən, investorların korporativ məlumatlara asan çıxışını təmin edəcək “Vahid Avropa Giriş Nöqtəsi”nin yaradılması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Qeyd edilib ki, razılığa əsasən, kapital bazarları ittifaqının fəaliyyət planı çərçivəsində Vahid Avropa Giriş Nöqtəsi (ESAP) təsis ediləcək. Bu platforma davamlı və maliyyə baxımından perspektivli investisiya məhsulları olan şirkətləri tapmağı və müqayisə etməyi asanlaşdıracaq. Bununla da, Avropadakı biznes sahələri investorlar üçün cəlbedici olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən platforma 2027-ci ilin yayından etibarən mərhələli şəkildə istifadəyə veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et