Aİ satılmamış tekstil məhsullarının utilizasiyasını qadağan edəcək | Banco.az

Aİ satılmamış tekstil məhsullarının utilizasiyasını qadağan edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) satılmamış və ya saxlanılan tekstil məhsullarının utilizasiyasını (məhv edilmə) qadağan etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərin davamlı məhsullar üçün ekoloji dizayn şərtlərini müəyyən edəcək yeni tənzimləmə ilə bağlı ortaq mövqelərini müəyyən ediblər.

Buna görə, Aİ bazarına çıxarılacaq bütün mal və məhsullara ekoloji davamlılıq tələbi qoyulacaq. Ekoloji dizayn şərtləri bütün məhsul kateqoriyalarına şamil ediləcək.

Beləliklə, müəyyən məhsul qruplarının həm enerji, həm də resurs istifadəsi baxımından səmərəliliyi təmin ediləcək. Bu baxımdan satılmayan tekstil, ayaqqabı və geyim məhsullarının birbaşa utilizasiyası qadağan ediləcək. Bununla da, istehsal olunan, lakin heç vaxt istifadə olunmayan geyim və ya aksesuarların ətraf mühitə təsiri minimuma endiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et