Aİ: Rusiyaya qarşı 20-ci sanksiya paketi tezliklə tətbiq olunacaq | Banco.az

Aİ: Rusiyaya qarşı 20-ci sanksiya paketi tezliklə tətbiq olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı 20-ci sanksiya paketini “çox yaxın zamanda” təqdim edəcəklərini açıqlayıb.

Banco.az xəbər verir ki, Ursula fon der Leyen sosial şəbəkə hesabında paylaşdığı məlumatda 4–5 fevral tarixlərində keçirilməsi planlaşdırılan sülh danışıqları ərəfəsində Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

Avropa İttifaqının Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayan Ursula fon der Lyayen qeyd edib: “Ukraynaya qarşı amansız müharibənin dördüncü ilinə yaxınlaşarkən Rusiya müharibə cinayətlərini ikiqat artırır, mülki infrastrukturu və yaşayış evlərini hədəf almaqda davam edir”.

Ursula fon der Leyen Vaşinqton və Kiyev ilə birlikdə Ukrayna üçün “rifah çərçivəsi”nin hazırlanması istiqamətində işlər gördüklərini də bildirib. Rusiyaya qarşı 20-ci sanksiya paketini “çox yaxın zamanda” təqdim edəcəklərini bir daha vurğulayan Ursula fon der Leyen əlavə edib: “Bu, Rusiyanı sülhə real niyyətlə danışıqlar masasına oturtmaq üçün təzyiqi artırmaq məqsədi daşıyır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram