Aİ Rusiyanın dondurulmuş aktivlərindən istifadəylə bağlı layihəni təqdim edəcək | Banco.az

Aİ Rusiyanın dondurulmuş aktivlərindən istifadəylə bağlı layihəni təqdim edəcək

Müəllif - Aida İsaq, Banco.az

Avropa Komissiyasının (AK) nümayəndələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı layihəni tezliklə dərc edəcək.

Banco.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib. Onun sözlərinə görə, Avropa hakimiyyəti Rusiya Federasiyasının bloklanmış vəsaitlərini Ukrayna iqtisadiyyatını bərpa etmək üçün istifadə etməyi planlaşdırır. Məlumata görə, dondurulmuş aktivlərdən əldə edilən gəlirlər Aİ büdcəsindən istifadə də daxil olmaqla yeni dəstək mexanizminin bir hissəsi kimi istifadə olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram