Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəəti Ukraynaya göndərəcək.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan mənfəətin Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün ayrılması təklifini qəbul edib.
Bu mərhələdən sonra hazırlanacaq sənəd rəsmi olaraq təsdiqlənəcək və hüquqi nəzarətdən keçdikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Aİ ölkələri müharibə səbəbilə Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avro vəsaitini dondurmuşdu. Sözügedən aktivləri saxlayan maliyyə institutları vaxtı çatdıqda onları yenidən investisiya etməklə əhəmiyyətli gəlir əldə edirlər.
İttifaq rəsmiləri də aylardır dondurulmuş aktivlərin hüquqi və maliyyə tərəflərini və bu aktivlərdən əldə edilən gəlirlərin sahibinin razılığı olmadan istifadəsini müzakirə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!