Müəllif - Aida İsaq, Banco.az
Avropa şirkətləri Rusiya dizel yanacağının alışını iki dəfə artırıb. Bu fevralın 5-dən Rusiyadan neft məhsullarının alınmasına qadağa qoyulması zamanı ehtiyat fondunun yaradılması ilə əlaqədardır.
Banco.az xəbər verir ki, Rusiya dizel yanacağının Avropanın əsas Amsterdam-Rotterdam-Antverpen anbarına tədarükü oktyabrın 1-dən 12-nə qədər gündəlik 215 min barrelə yüksəlib. Bu, oktyabrla müqayisədə 126% çoxdur.
Alternativ tədarüklər məhdud olduğu üçün Rusiya yanacağına tələbat öz aktuallığını qoruyur. Noyabrda Rusiyadan dizel yanacağının payı oktyabrda 39%-dən Avropaya ümumi idxalın 44%-nə yüksəlib.
Oktyabr ayında Aİ və Böyük Britaniyaya qeyri-Rusiya mənbələrindən dizel yanacağı idxalı Yaxın Şərq və Asiyadan gələn tədarüklər sayəsində gündəlik 1 milyon bareli keçib. Lakin son vaxtlar dizel yanacağının alternativ axınında durğunluqlar müşahidə olunur.
2022-ci ilin aprelində Aİ-də dizel yanacağında qıtlıq müşahidə olunurdu. Aİ yanacaq şirkətləri qəfil sanksiyalar zamanı itkilərə görə Rusiya neft məhsullarının alınması üçün yeni müqavilələr bağlamağa ehtiyat edirdi. Lakin tezliklə Avropa bir vaxtlar Sovet İttifaqının tərkibində olan ölkələrdən böyük miqdarda dizel yanacağını almağa başladı. Bu yanacağın isə demək olar ki, hamısı Rusiyada istehsal edildi.
Qeyd edək ki, Fransa Rusiya yanacağının ən böyük alıcısı olaraq qalır. Növbəti yerdə isə Almaniya gəlir.
Bizi sosial şəbəkələrdən izləyin!!