Aİ Rusiya və İrana qarşı yeni sanksiyalara hazırlaşır | Banco.az

Aİ Rusiya və İrana qarşı yeni sanksiyalara hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) Xarici işlər nazirləri bugün Rusiya və İrana qarşı sanksiyaları müzakirə edəcəklər.

Banco.az xəbər verir ki, Aİ-yə üzv ölkələrin Xarici işlər nazirləri bugün Brüsseldə bir araya gələrək Rusiya və İrana qarşı daha çox sanksiyaların tətbiqi, Ukraynaya silah yardımı fonduna 2 milyard avro vəsaitin köçürülməsini müzakirə edəcəklər.

Bununla belə, Aİ-nin Macarıstana bəzi fond ödənişlərini dayandırması fonunda Macarıstanın Aİ Xarici işlər nazirlərinin bugünkü iclasında bəzi qərarlara veto qoya biləcəyi bildirilir.

Qeyd edək ki, Xarici işlər nazirlərinin iclasında gündəmə gətiriləcək Rusiyaya qarşı 9-cu sanksiya paketində 200-ə yaxın şirkət və şəxsin sanksiya siyahısına salınması yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et