Aİ Rusiya almazlarına sanksiya tətbiq etməyə hazırlaşır | Banco.az

Aİ Rusiya almazlarına sanksiya tətbiq etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiyadan almaz ticarətinə sanksiyalar tətbiq etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Sammitindən əvvəl mətbuata açıqlama verib.

Mişel qeyd edib ki, Aİ və onun üzvü olan ölkələr indiyədək Ukraynaya 70 milyard avrodan çox yardım edib.

Aİ-nin Rusiyaya mane olmaq üçün sanksiya paketləri ilə əhatəli addımlar atdığına diqqət çəkən sədr hazırda əsas diqqətin sanksiyalardakı hüquqi boşluqların aradan qaldırılmasına yönəldildiyini söyləyib.

Rusiyanın kritik materiallara çıxışının qarşısını almaq üçün yeni tədbirlər görəcəklərinin vurğulayan Mişel Rusiya almazlarının ticarətini məhdudlaşdıracaqlarını dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et