Aİ Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avro gəlirin Ukraynaya transferini təsdiqləyib | Banco.az

Aİ Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avro gəlirin Ukraynaya transferini təsdiqləyib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər naziri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro gəlirin Ukraynaya hərbi yardım göstərmək üçün Avropa Sülh Fonduna köçürülməsi qərarını təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cosep Borrell bildirib.

“Aktivlərdən əldə edilən mənfəət mümkün qədər tez Ukraynanın xeyrinə istifadə olunacaq. Gələn ayın üçüncü günü 1,4 milyard avro, ilin sonuna qədər isə daha 1 milyard avro Kiyevə köçürüləcək”, – deyə o qeyd edib.

Borrelin sözlərinə görə, bu pul Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının alınmasına, həmçinin Kiyevdə müdafiə sənayesinin dəstəklənməsinə sərf olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et