Aİ “Rail Baltica” dəmir yolunun tikintisi üçün 1,2 milyard avroya qədər vəsait ayırıb | Banco.az

Aİ “Rail Baltica” dəmir yolunun tikintisi üçün 1,2 milyard avroya qədər vəsait ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İqlim, Ətraf Mühit və İnfrastruktur Agentliyi (CINEA) Latviya, Estoniya və Litvada “Rail Baltica” Avropa dəmir yolu xətti üçün 2027-ci ilə qədər 1,2 milyard avro maliyyələşdirməni təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə Latviya Nəqliyyat Nazirliyi “BNS”ə bildirib.

O cümlədən Latviya 346,1 milyon avro almalıdır. Ümumi vəsaitin 252 milyon avrosu cənub hissəsinin (Misa - Litva ilə həmsərhəd) tikintisinə, 38 milyon avrosu isə Skultedə şimal hissəsinin logistik bazası kimi xidmət edəcək obyektin tikintisinə ayrılıb.

Ən sərfəli kredit üçün müraciət et

CINEA tərəfindən təsdiqlənmiş ümumi vəsaitin 370 milyon avrosu Estoniyaya, 458 milyon avrosu isə Litvaya ayrılıb. Məbləğ “Connecting Europe Facility” (CEF) fondu tərəfindən ayrılacaq.

Tikintiyə nəzarət edən “RB Rail” birgə müəssisəsi bildirib ki, bu il bütün Baltikyanı regionda “Rail Baltica” magistral xəttinin 15%-nin tikintisi planlaşdırılır.

Ən sərfəli krediti almaq üçün müraciət et