Aİ qaz çənlərindəki doluluq nisbətinə vaxtından xeyli əvvəl nail olub | Banco.az

Aİ qaz çənlərindəki doluluq nisbətinə vaxtından xeyli əvvəl nail olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv ölkələr qaz çənlərindəki doluluq nisbətinə vaxtından xeyli əvvəl nail olublar.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının saytında yer alan açıqlamaya görə, Aİ-nin qaz çənlərində doluluq nisbəti 90,02 faizə çatıb.

Belə ki, qışa qədər tədarük təhlükəsizliyini təmin etmək üçün 1 noyabr tarixinə qədər qaz çənlərinin doluluğunu 90 faizə çatdırmağı hədəfləyən Aİ ölkələri bu doluluq nisbətinə nəzərdə tutulan tarixdən 10 həftə əvvəl çatıb.

Açıqlamada üzv ölkələrdə qış aylarında tədarük təhlükəsizliyini təmin etmək üçün 2022-ci ildə Qaz Anbarı Qaydasının qüvvəyə mindiyi xatırladılıb. Bildirilib ki, hər il noyabrın 1-dək anbarların 90 faiz doluluq səviyyəsinə çatdırılması tələb olunur.

Sözügedən tənzimləmə çərçivəsində bu il hədəf doluluq səviyyəsi avqustun 19-na əldə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibədən sonra Rusiyanın Aİ-yə boru kəmərləri ilə təbii qaz nəqli 8 faizə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram