Aİ-nin təbii qaz istehlakı 20 faiz azalıb | Banco.az

Aİ-nin təbii qaz istehlakı 20 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) qaz istehlakı qışdan əvvəl 20 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqına (Aİ) üzv ölkələrin təbii qaz istehlakı ilə bağlı cari məlumatları dərc edib.

Bu məlumatlara görə, Aİ-nin avqust-noyabr dövründə təbii qaz istehlakı 2017-2021-ci ilin eyni dövrünün orta qaz istehlakından 20,1 faiz aşağı olub.

Sözügedən dövrdə Aİ-yə üzv olan 24 ölkənin təbii qaz istehlakı ötən 5 ilin orta göstəricisindən aşağı hesablanıb.

Bundan əlavə, Aİ-yə üzv olan 18 ölkədə isə təbii qaz istehlakı 15 faizdən çox azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, təbii qaz istehlakı ən çox azalan Aİ ölkələri 52,7 faizlə Finlandiya, 43,2 faizlə Latviya və 41,6 faizlə Litva olub. İrlandiya, İspaniya, Çexiya, Portuqaliya, İtaliya və Sloveniyanın qaz istehlakında isə azalma 15 faizlik hədəfə çata bilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et