Aİ-nin avtomobil bazarında satışlar tarixi minimuma enib | Banco.az

Aİ-nin avtomobil bazarında satışlar tarixi minimuma enib

2020-ci ildə Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı 23,7% azalıb.

Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi məlumat yayıb.

Qeyd olunur ki, bu, Aİ-nin avtomobil bazarına dair statistik göstəricilər tarixində (1990-cı ildən bəri) ən ciddi azalmadır. İl ərzində Aİ ölkələrində 9,94 mln. avtomobil satılıb. Satışlarda ikirəqəmli azalma qeydə alınıb. Belə ki, yeni avtomobillərə olan tələbatın ən ciddi azalması İspaniyada (-32,3%) olub. İtaliyada azalma 27,9%, Fransada – 25,5%, Almaniya isə 19,1% olub. 

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et