Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqını 2024-cü ildə daha çətin qış mövsümü gözləyir.
Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib. O, Avropa İttifaqının bu qış qaz böhranından çıxmaq üçün atdığı addımları yüksək qiymətləndirib. Eyni zamanda gələn il Avropa üçün daha çətin mövsüm olacağını proqnozlaşdırıb. Fatih Birol həmçinin təfərrüatlar barədə məlumat verməsə də, Avropa sənayesi üçün yeni baş planın yaradılması ilə bağlı çağırış edib.
Bizi sosial şəbəkələrdən izləyin!!