Aİ nazirləri "qazın yuxarı qiymət həddi" üçün toplaşıb | Banco.az

Aİ nazirləri "qazın yuxarı qiymət həddi" üçün toplaşıb

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv ölkələr enerji böhranına qarşı nə edilə bilər, təbii qazın qiymətinin yuxarı həddi, qışa hazırlıq kimi mövzuları müzakirə etmək üçün bir araya gəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqına (Aİ) sədrlik edən Çexiyanın ev sahibliyi ilə 27 üzv ölkənin energetika nazirləri Praqada toplaşıb.

İclasın əvvəlində açıqlama verən Aİ Komissiyasının enerji məsələləri üzrə üzvü Kadri Simson Aİ liderlərinin ötən həftə yüksək enerji qiymətlərinin əsas gündəm mövzusu olduğu sammitdə bir araya gəldiklərini, bugün isə məsələni nazirlər səviyyəsində müzakirə edəcəklərini bildirib.

İclasda qaz qiymətlərinə müdaxilə, qazın elektrik enerjisi qiymətlərinə təsiri və əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram