Bu ilin yanvar-mart aylarında Azərbaycandan hava nəqliyyatı ilə 912,6 min və ya əvvəlki ilə nisbətən 5,5% çox sərnişin daşınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib.
Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 11,4% azalaraq 82 min ton olub.
Xatırladaq ki, ötən il Azərbaycandan hava nəqliyyatı ilə 4162,1 min və ya əvvəlki ilə nisbətən 2,9% çox sərnişin daşınıb. Hesabat dövründə yükdaşıma 6,6% azalaraq 391,2 min ton olub.
