Aİ nağd ödənişləri məhdudlaşdırmağı planlaşdırır | Banco.az

Aİ nağd ödənişləri məhdudlaşdırmağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) nağd ödənişlərə məhdudiyyət tətbiq etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Avropa Parlamentinin (AP) iqtisadi və maliyyə məsələləri və vətəndaş azadlıqları komitələri Aİ-nin çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəsini gücləndirməyə yönəlmiş qanun layihələrini müzakirə ediblər.

Sözügedən komitələr bu sahədə sərt tədbirləri ehtiva edən yeni qaydalar üzrə AP-nin mövqeyini və Aİ ölkələri ilə danışıqlardakı iştirakını müəyyən edən sənədləri qəbul edib.

Müvafiq olaraq, banklar, fondlar, kriptovalyuta və daşınmaz əmlak və peşəkar futbol klubları kimi müxtəlif qurumlar aktivlərə və şirkətə kimin nəzarət etdiyini sübut etməli və müştərilərinin şəxsiyyətini təsdiqləməlidirlər.

Bu qurumlar fəaliyyət göstərdikləri sektorlardakı risk növlərini müəyyənləşdirəcək və onları mərkəzi sistemə ötürəcək.

Ən sərfəli kredit üçün müraciət et

Nağd pul və kriptovalyuta əməliyyatlarına məhdudiyyət qoyulacaq. Mal və ya xidmət göstərən insanlar tərəfindən qəbul edilə bilən nağd ödənişlər məhdudlaşdırılacaq. Nağd ödənişlər üçün 7000 avroya qədər limit müəyyən ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et