Aİ Moldovaya 295 milyon avro maliyyə yardımı edəcək | Banco.az

Aİ Moldovaya 295 milyon avro maliyyə yardımı edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) iqtisadi çətinliklərlə üzləşən Moldovaya 295 milyon avro dəyərində maliyyə yardımı edəcək.

Banco.az xəbər verir ki, Avropa Şurası üzv ölkələrin Rusiya-Ukrayna müharibəsinin təsirlərinə mərzu qalmış Moldovaya maliyyə dəstəyi göstərmək qərarına gəldiyini açıqlayıb.

Avropa Şurasının müvafiq bəyanatında qeyd edilir ki, Avropa Şurası İttifaqın Moldovaya maliyyə yardımını təxminən 2 dəfə artıraraq ümumilikdə 295 milyon avroya çatdırıb.

Bəyanatda həmçinin vurğulanıb ki, Aİ-nin makromaliyyə yardımı Moldovaya Beynəlxalq Valyuta Fondunun (BVF) razılaşması çərçivəsində verilən resursları tamamlayacaq ki, bu da ölkədə iqtisadi sabitliyin və struktur islahatlarının dəstəklənməsi məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Aİ iqtisadi böhran zamanı yaxınlığındakı ölkələrə makromaliyyə dəstəyi göstərə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et