Müəllif:Ayşən İmanova/Banco.az
Dekabrın 28-də Avropa İttifaqında (Aİ) avadanlıq istehsalçılarını öz məhsullarını USB-C portu ilə təchiz etməyə məcbur edən 2022/2380 saylı direktiv qüvvəyə minəcək.
Banco.az xəbər verir ki, bu barədə Aİ-nin saytında məlumat verilib.
Qeyd olunub ki, direktivin məqsədi qadcetlər üçün şarj konnektorunu standartlaşdırmaq və elektron tullantıları azaltmaqdır.
Sənəddə həmçinin bildirilir ki, akkumulyatoru olan qurğular ən azı 15 vatt gücündə sürətli enerji doldurmanı dəstəkləməlidir. Əks halda avadanlıqların Aİ-də satışı qadağan ediləcək.