Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) ölkələrində may ayı ərzində yeni avtomobillərin satışı artıb.
Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) may ayı üzrə Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.
Bılli olub ki, ötən ay Aİ ölkələrində yeni avtomobillərin satışı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 938 min 950 ədəd çatıb.
İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-may aylarında isə əvvəlki ilin eyni dövrünə nəzərən 18 faiz artaraq 4 milyon 393 min 951 ədəd olub.
May ayı ərzində Aİ ölkələrində satılan yeni avtomobillərin 36,5 faizi benzin, 25 faizi hibrid, 14,3 faizi dizel, 13,8 faizi tam elektrik, 7,4 faizi plug-in hibrid və 3 faizi digər yanacaqlarla işləyən nəqliyyat vasitələrindən ibarət olub.
İttifaqa üzv olan 27 ölkə arasında sözügedən dövrdə ən çox yeni avtomobil Almaniyada magistral yollara çıxıb. Avtomobil istehsalçılarına nəzər saldıqda isə görürük ki, VW Group may ayında 243,13 ədədlə Aİ-də ən çox yeni avtomobil satışı həyata keçirən şirkət olub.
Bizi sosial şəbəkələrdən izləyin!!