“Aİ-də növbəti istilik mövsümü üçün riskli vəziyyət aktuallığını qoruyur” | Banco.az

“Aİ-də növbəti istilik mövsümü üçün riskli vəziyyət aktuallığını qoruyur”

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqında qaz anbarlarının doldurulması ilə bağlı vəziyyət qənaətbəxş olsa da, növbəti istilik mövsümü ərəfəsi üçün riskli vəziyyət aktuallığını qoruyur.

Banco.az xəbər verir ki, bunu İsveçin energetika naziri Ebba Buş bildirib. Onun sözlərinə görə, ötən qışın nəticələri vəziyyətə təsir etməyəcək. Nazir həmçinin qarşıdan gələn istilik mövsümünə hazırlıqla bağlı müzakirələr enerji şurasının növbəti iclasının əsas mövzusu olacaq. Bundan başqa, Ebba Buş Rusiyadan yanacaq tədarükündən imtina edilməsi fonunda digər təchizatçıların seçilməsi Aİ-də enerji resursları çatışmazlığı probleminin həllinə kömək etməyəcəyini vurğulayıb. Bu səbəbdən o, bərpa olunan enerjiyə keçidi sürətləndirməyin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram