Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) ölkələrində ilk dəfə olaraq külək və günəşdən elektrik enerjisi istehsalı qalıq yanacaqları keçib.
Banco.az xəbər verir ki, mərkəzi ofisi Londonda yerləşən “Ember” analitik mərkəzinin təhlilinə əsasən, Aİ-də ötən ay ilk dəfə olaraq külək və günəşin elektrik enerjisi istehsalında payı bütün qalıq yanacaqlardan çox olub və 31 faizə çatıb.
Mərkəzin təhlili göstərir ki, may ayında Aİ-nin elektrik enerjisi istehsalında qalıq yanacaqların payı isə 27 faiz (53 teravatt/saat) təşkil edib. Külək və günəş də 59 teravatt/saat istehsalla ümumi elektrik enerjisi istehsalının 31 faizini təmin edib.
May ayında təkcə günəşdən əldə edilən 27 teravatt/saat elektrik enerjisi ötən ilin iyul ayında əldə edilən rekord hasilatı üstələyib. Aİ-də ilk dəfə olaraq günəşdən kömürdən daha çox elektrik istehsal edilib.
Küləyin payı isə illik 17 faiz artımla bu tendensiyanı davam etdirsə də, sözügedən nisbət yanvar ayında əldə edilən 23 faiz ilə rekord istehsal səviyyədən geri qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!