“Aİ-də enerji böhranı yeni mərhələyə qədəm qoya bilər” | Banco.az

“Aİ-də enerji böhranı yeni mərhələyə qədəm qoya bilər”

Müəllif - Aida İsaq, Banco.az

Ukraynada münaqişənin gərginləşməsi Aİ-də enerji böhranının yeni mərhələyə qədəm qoymasına səbəb ola bilər. 

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir. Fondun məlumatına görə, Ukrayna münaqişəsinin kəskinləşməsi zəif gəlirli ölkələrdə ərzaq təhlükəsizliyi risklərini artıracaq. Eyni zamanda qeyd olunur ki, 2022-2023-cü ilin qış mövsümündə Avropa ölkələri qaz böhranı təhlükəsinin qarşısı almağa nail olsa da, gələcəkdə qiymət artımı riskləri öz aktuallığını qoruyur.

Qeyd olunub ki, taxıl sazişi üzrə yaşanan uğursuzluqlar fonunda ərzaq məhsullarının qiymətinin artması idxalçıların, xüsusən də maliyyə imkanları məhdud olan ölkələrin yükünün artmasına səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram