Aİ-də avtomobil satışları bu il 7,9% artacaq | Banco.az

Aİ-də avtomobil satışları bu il 7,9% artacaq

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) proqnozuna görə, 2022-ci ildə Avropa İttifaqında (Aİ) avtomobil satışları 7,9% artaraq 10,5 mln. avtomobilə çatacaq.

Ötən il Aİ-də avtomobil satışları avtomobil istehsalını məhdudlaşdıran yarımkeçirici komponentlərin çatışmazlığı səbəbindən hətta 2020-ci ildə rekord səviyyədən aşağı düşüb, lakin ACEA bu ​​il çip tədarükü sabitləşəcəyini gözləyir.

Təşkilat Aİ ölkələrini gələcəkdə strateji sənayelərə ciddi ziyan vurmamaq üçün xarici komponent təchizatçılarından asılılığı azaltmağa çağırır.

2021-ci ildə Aİ-də avtomobil satışları 2020-ci ildəki 9,94 mln. avtomobillə müqayisədə 9,7 mln. avtomobillə rekord aşağı səviyyədə olub.

ACEA-nın proqnozu özünü doğrultsa, bu il regionda avtomobillərin satışı 2019-cu il böhrandan əvvəlki səviyyədən təxminən 20% aşağı olacaq.

ACEA-nın məlumatına görə, elektriklə işləyən avtomobillərin Avropa bazarında payı artır, hazırda Aİ-də satılan hər beş avtomobildən biri elektriklə işləyir. Bununla yanaşı, təşkilatın məlumatına görə, regionda enerji doldurma infrastrukturunun inkişaf tempi istehlak tələbinin artımından geri qalır.

Ən sərfəli kredit üçün müraciət et

Təşkilatın hesablamalarına görə, son 5 ildə elektromobillərin satışı şarj stansiyalarının sayından 4 dəfə çox artıb.

"2017-2021-ci illər arasında elektromobillərin satışı 10 dəfədən çox artıb, mövcud enerji doldurma stansiyalarının şəbəkəsi isə bu müddət ərzində 2,5 dəfəyədək artıb", - ACEA qeyd edir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et