Müəllif:Ayşən İmanova/Banco.az
Avropa İttifaqı (Aİ) Çinin elektron ticarət platformalarından, xüsusən “Aliexpress”, “Temu” və “Shein”dən bütün mallara, o cümlədən qiyməti 150 avrodan aşağı olan mallara idxal rüsumları tətbiq etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, idxal rüsumlarına bu cür yenidən baxılması, çoxlu sayda ucuz malların axını ilə mübarizə məqsədi daşıyır.
Bildirilir ki, iyul ayında Avropa Komissiyası (AK) malların rüsumsuz alına biləcəyi 150 avroluq cari qiymət limitinin ləğvini təklif edəcək.
Ümumilikdə, AK-nin məlumatına görə, 2023-cü ildə Aİ-yə 2,3 milyard belə mal idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!