Aİ Çindən idxal olunan elektromobillərə əlavə vergi tətbiqinə start verir | Banco.az

Aİ Çindən idxal olunan elektromobillərə əlavə vergi tətbiqinə start verir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Çindən idxal olunan elektrik avtomobillərinə əlavə vergi tətbiqinə başlayır.

Banco.az xəbər verir ki, sabahdan etibarən Avropa İttifaqı (Aİ) Çində istehsal olunan elektromobillərin İttifaqa üzv ölkələrə idxalına 38,1 faizədək əlavə vergi tətbiq edəcək.

Avropa İttifaqı (Aİ) Komissiyası Çində istehsal edilən elektrik avtomobillərinə verilən subsidiyalar səbəbiylə başladılan araşdırma çərçivəsində alınan qərarlar və görülən tədbirlərlə bağlı açıqlama verib.

Açıqlamada xatırladılıb ki, Çinə qarşı anti-subsidiya istintaqının başlamasından 9 ay keçib. “Aİ Komissiyası Çindən elektriklə işləyən avtomobillərin idxalına müvəqqəti kompensasiya rüsumları tətbiq edib”, açıqlamada deyilir.

Açıqlamada qeyd olunub ki, Avropa Komissiyası tərəfindən aparılan araşdırma nəticəsində Çində elektrikli avtomobil dəyər zəncirinin ədalətsiz subsidiyalardan faydalandığı qənaətinə gəlinib.

Ən sərfəli kredit üçün müraciət et

“BYD”nin 17,4 faiz, “Geely”nin 19,9 faiz, “SAIC”in 37,6 faiz, istintaqda əməkdaşlıq edən digər elektrik avtomobil istehsalçılarının orta hesabla 20,8 faiz, əməkdaşlıq etməyən şirkətlərin isə 37,6 faiz vergiyə cəlb ediləcəyi qeyd edilib.

“Bu müvəqqəti vergilər iyulun 5-dən başlayaraq maksimum dörd ay müddətində qüvvədə olacaq”, deyə bildirilən açıqlamada vurğulanıb ki, yekun vergi qərarının qəbulu üçün Aİ-yə üzv dövlətlərin razılığı lazımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et