Müəllif:Mehin Qasımova,Banco.az
Aİ Rusiya əleyhinə tədbirlər paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, BƏƏ, Sinqapur və Mavrikiydən olan 18 firmaya qarşı sanksiya tətbiq edib.
Banco.az xəbər verir ki, bu barədə Aİ Şurasının Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin tətbiqi ilə bağlı Aİ-nin rəsmi jurnalında dərc olunmuş qətnaməsində deyilir.
Xarici şirkətlərin siyahısına Çinin "Bellatrix Energy", "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK", "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry", Hindistanın "Intershipping Services Hub Private" və "Nayara Energy", Mavrikiyanın "Redbird Corporate Services" və "Sapang Shipping" Sinqapurun "2Rivers PTE", Azərbaycanın "Aqua Fleet Management", BƏƏ-nin "Intershipping Services", "Twister Shipmanagement", "Admiral Group", "Milavous Group", "2Rivers DMCC", "Monolink Group" və "Tarabya Logistics" şirkətləri yer alıb.