Ağıllı telefon satışları azalır | Banco.az

Ağıllı telefon satışları azalır

Ağıllı telefon satışları ötən dörd rüb ərzində aşağı düşüb. Ekspertlər bu tendensiyanın 2019 – cu ildə dəyişə biləcəyini düşünürlər.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bazar araşdırmaları həyata keçirən IDC şirkətinin məlumatına görə, 2018 – ci ilin üçüncü rübündə ağıllı telefon satışları 355,2 milyon ədəd olub. Bu rəqəm son dörd rüb ərzində ağıllı telefon bazarının böyümə tendensiyanın mənfi göstəricilər əldə etdiyini göstərir. 2018 – ci ilin ilk 9 ayı üzrə qlobal satışlar 1.03 milyard ədəd olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 3.6% daha azdır.

Infographic: Have We Reached Peak Smartphone? | Statista

Ağıllı telefon sahibi olma faizi bir çox ölkədə pik nöqtəyə çatdıqca və texnoloji yeniliklər artıq insanlar üçün çox böyük fərqlilik yaratmadığı üçün bazarın bu nöqtəyə çatması əslində sadəcə vaxt məsələsi idi. Bəs, ağıllı telefon dövrünün zirvəsinə çatmışıqmı? Başqa sözlə desək, bundan sonra tendensiya ancaq mənfiyə doğru gedəcək?

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin bazar araşdırmaçıları bu fikirdə deyillər. Mövcud geriləmənin qismən, dünyanın ən böyük ağıllı telefon bazarı Çindəki hazırkı vəziyyətlərdən qaynaqlandığını bildirən IDC şirkəti, xüsusilə 5G cihazların gəlməsi ilə birlikdə 2019-cu ildə qismən böyümə müşahidə oluna biləcəyini düşünür. Bu böyümənin 2022–ci ilə qədər davam etməsi proqnozlaşdırılır.

Həmçinin oxu: Yeni iPhone modellərinə “sataşan” reklam kampaniyaları

Tamara Mustafayeva, Banco.az