Ağıllı insanların işlətməkdən yayındıqları cümlələr | Banco.az

Ağıllı insanların işlətməkdən yayındıqları cümlələr

Tamara Mustafayeva, Banco.az

İş həyatında istifadə etməməli olduğunuz bəzi cümlələr vardır. Bu cümlələr xüsusi bir gücə sahibdirlər. Sözlər doğru olsa da, sizi pis vəziyyətdə qoya, yalnış fikir formalaşdıra bilərlər. Ən əsası da bu cümlələr bir dəfə işlətdikdən sonra geri alına da bilmirlər.

Nə qədər istedadlı olsanız və ya nail olduqlarınız nə qədər böyük uğurlar olsa da, insanların sizin haqqınızda fikirlərini dərhal dəyişdirə biləcək bəzi cümlələrlə tanış olaq:

“Bu hər zaman tətbiq etdiyimiz üsuldur”

Texnologiyanın həyatımızın bir hissəsinə çevrilməsi ilə hər şey o qədər sürətlə dəyişir ki, 6 ay əvvəl yeni olduğunu düşündüyümüz şey bugün köhnə hesab edilə bilir. Bunun hər zaman tətbiq etdiyiniz üsul olduğunu desəniz, bu sadəcə təmbəl olduğunuzu və yeniliyə qarşı çıxdığınızı göstərməz, həmçinin müdirinizin də sizin nə üçün özünüzü inkişaf etdirmədiyinizi sorğulamasına səbəb olar. Unutmayın ki, hər zaman fərqli bir həll yolu vardır.

“Bu mənim səhvim deyil”

Başqasını günahlandırmaq yaxşı fikir olmaya bilər. Hesabat verməyə qadir olmalısan. İşlər istədiyiniz kimi getmədiyi zaman sizin baş verən problemlərdə rolunuz nə qədər az olsa da, bunu qəbul etməlisiniz. Əgər həqiqətən siz heç bir məsuliyyət daşımırsınızsa, birbaşa məsuliyyəti üzərinizdən atmaq əvəzinə əsaslı və bitərəf bir açıqlama edin.

“Edə bilmərəm”

Edə bilmərəm “mənlik deyil” deməyin başqa bir yoludur. Siz edə bilmərəm dediyiniz zaman insanlar bunu etmirəm olaraq başa düşəcəklər. Əgər bir işi həqiqətən edə bilmirsinizsə, bunu bacarmadığınızı ifadə etməlisiniz. Nə edə bilməyəcəyinizin əvəzinə nə edə biləcəyinizi söyləyin.

“Bu mənim işimin bir hissəsi deyil”

Bu cümlə sizin sadəcə müəyyən edilmiş işi yerinə yetirib maaş almağa proqramlaşdırıldığınızı göstərəcəkdir. Bunun əvəzinə sizə verilən yeni tapşırıqları qəbul edib layiqincə yerinə yetirməyiniz vəzifədə irəliləməyiniz üçün bir addım olacaqdır.

“Cəhd edəcəyəm”

Ən sərfəli kredit üçün müraciət et

Bu sizin həmin işi yerinə yetirib yetirə bilməməyinizinə dair qeyri-əminlik hissi yaradacaqdır. Sizdən hansısa bir işi icra etməyiniz istənildiyi zaman, ya o işi yerinə yetirməyin ya da alternativ təklif edin. Hər nə olursa olsun cəhd edəcəyinizi deməyin.

“Bir dəqiqədə həll edəcəyəm”

İşlərin bir dəqiqə ərzində yerinə yetiriləcəyini demək bacarıqlarınıza kölgə salacaq və insanlarda sizə qarşı tapşırıqlarınızda tələsdiyiniz qənaətini formalaşdıracaqdır. Mümkün olduqca bu cümlənin istifadəsindən qaçının.

“Bu işə nifrət edirəm”

İş yerində insanların eşitmək istədikləri ən son şey sizin işlərinizə nifrət etməyinizdir. Bu hərəkət iş yoldaşlarınızın enerjisinin tükənməsinə səbəb olar. Müdirlər işçilərdən hansının bu düşüncədə olduğunu müəyyən etməkdə olduqca peşəkardırlar. Unutmayın ki, sizin nifrət etdiyiniz işi sevərək icra edəcək insanlar var və müdirləriniz bundan xəbərdardırlar.

“O, şəxsən təmbəl/bacarıqsızdır”

İş mühitində geri ala bilməyəcəyiniz daha bir cümlə. Əgər bu dedikləriniz həqiqətən belədirsə, təbii ki hər kəs bundan xəbərdardır, xüsusilə vurğulamağa ehtiyac yoxdur. Əgər izahatınız doğru deyilsə, nəticədə pis vəziyyətdə qalan siz olacaqsınız.

Həmçinin oxu: Dünyanın ən uğurlu insanları bunları ƏSLA etmirlər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et