Agile mövzusunda daha bir seminar keçirilmişdir | Banco.az

Agile mövzusunda daha bir seminar keçirilmişdir

20 dekabr 2018-ci il tarixində Dərs Evi tədris mərkəzində “Agile Azerbaijan Community”  və “Women Bankers Club” təşkilati dəstəyi ilə "Agile KPİ: Who, What, When” adlı praktiki seminar keçirilmişdir.

Seminar 10 ildən artıq Agile sahəsində çalışan, bu sahədə seminar və treyninqlərin təşkilatçısı, Ukraynada yeganə PTN @scrum.org üzvü Bogdan Misura tərəfindən həyata keçirilmişdir.

Tədbirin əsas məqsədi iştirakçıları Agile ilə tanış etmək, klassik KPİ-ların effektivliyi və Agile-da keyfiyyətin ölçülməsi üçün hansı prinsip və təcrübələrdən istifadə edilməsi barədə məlumatın verilməsi idi.  Mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı və dinləyicilərin sualları cavablandırıldı. İştirakçılar seminarın əhəmiyyətini vurğulayaraq, ondan çox bəhrələndiklərini qeyd etdilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Agile Azerbaijan Community”-nin başlıca məqsədi mütəxəssislər və Agile ilə tanışlığa yenicə başlayanlar üçün vahid müstəvinin yaradılmasıdır ki, onlar burada təcrübə mübadiləsi apara, yeni biliklər əldə edə və Agile-a aid müxtəlif mövzularda fikir mübadilələri apara bilərlər.

“Agile Azerbaijan Community” yeni yaradılsa da, tez bir vaxt ərzində bir çoxlarının rəğbətini qazanmağa müvəfəq olub.

“Agile Azerbaijan Community”-yə  https://www.facebook.com/groups/264584990817879/  link vasitəsilə qoşulmaq olar.

Ən sərfəli krediti almaq üçün müraciət et