“Agile Azerbaijan Community” üçün növbəti nəzəri-praktiki seminar keçirilmişdir | Banco.az

“Agile Azerbaijan Community” üçün növbəti nəzəri-praktiki seminar keçirilmişdir

19 iyun 2019-cu il tarixdə Bank of Baku-nun Təlim Mərkəzi olan BOB Akademiyasında “Scrum in Practice” silsiləsindən növbəti seminar keçirilmişdir.

“Let the Story begin” adı altında keçirilən seminarda, Scrum-da məhsulların inkişafının əsas komponenti olan Product Backlog ilə bağlı həm nəzəri, həm də praktiki biliklər paylaşılmışdır.

Tədbiri giriş sözü ilə professional Scrum-master, Erikson Beynəlxalq Kouçinq Universitetinin sertifikatlaşmış kouçu Nərminə Hüseynzadə açaraq, “Agile Azerbaijan Community” barədə və son seminarda keçirilmiş mövzular barədə məlumat verdi.

ICP-ATF ICP-ACC, Agile Coach, SCRUM Master, Agile Team Facilitator sertifikatlarına sahib Teymur Zeynalov və Xəyyam Bayramov Product Backlogun formalaşdırılması barədə praktiki məşğələlərlə zəngin təlim keçirdilər.

Sonradan, təlimçilər məhsulların inkişafı etaplarının planlaşdırılması (Sprint Planning) və tapşırıqların müəyyənləşdirilməsi (Backlog Refinement) haqqında ətraflı məlumat vermiş və praktiki məşğələlər keçirmişdir. 

Ən sərfəli kredit üçün müraciət et

Tədbirin yaddaqalan məqamlarından biri də odur ki, dəvət olunmuş qonaqlardan olan Azər Əliyev tapşırıqların prioritetləşdirilməsilə bağlı praktiki məşğələ keçirmişdir.

Qeyd edək ki, sözügedən seminar, planlaşdırılan “Scrum in practice” mövzusunda seminarlar silsiləsindən ikincisidir. Bu növ seminarların davamlı olaraq keçirilməsi nəzərdə tutulub.

“Agile Azerbaijan Community”-nin başlıca məqsədi mütəxəssislər və Agile ilə tanışlığa yenicə başlayanlar üçün vahid müstəvinin yaradılmasıdır ki, onlar burada təcrübə mübadiləsi apara, yeni biliklər əldə edə və Agile-a aid müxtəlif mövzularda fikir mübadilələri apara bilərlər.

“Agile Azerbaijan Community”-yə  https://www.facebook.com/groups/264584990817879/ link vasitəsilə qoşulmaq olar.

Ən sərfəli krediti almaq üçün müraciət et