Daima müştəriləri düşünən AGbank Bankın “135-Məlumat Mərkəzi”-nin 24 saat iş rejimi fəaliyyətini tətbiq etdi.
Artıq Siz qeyri-iş günləri də daxil olmaqla, hər gün 24 saat ərzində bankın zəng xidmətindən yararlana bilərsiniz.
Bankın “135-Məlumat Mərkəzi”-nə müraciət etməklə, Siz bankın göstərdiyi xidmət ilə bağlı tam ətraflı məlumat əldə edə, eyni zamanda əlverişli cari aksiya və kampaniyalar haqqında məlumat toplaya və bankın təcrübəli əməkdaşlarından bank məhsulları ilə bağlı ilkin konsultasiyalar əldə edə bilərsiniz. Banka zəng qaydası şəhər nömrələrindən birbaşa 135, mobil rabitə operatorlarından 135 və ya 012 135 –dir.
Onuda nəzərinizə çatdırmaq istərdik ki, şəhər nomrələrindən banka zəng ödənişsizdir.
Həmçinin, bankda göstərilən xidmət səviyyəsinin daima təkmilləşdirilməsi məqsədi ilə yaranmış təklif və şikayətlərinizi 24 saat ərzində banka zəng etməklə sərbəst şəkildə bildirə bilərsiniz.
Mənbə: marja.az